sevmeli_logo
AZ | RU
AZ | EN | RU
shopping_bag

Sevgi ilə hazırlanan konfetlər

Milli şirniyyat ənənələrinə söykənən misilsiz ləzzətlər buketi

SEVMELİ tarixçəsi

Arzu-İdeya

SEVMELİ – Azərbaycanın Xalq Artisti Tünzalə Ağayevə tərəfindən yaradılmış üstün keyfiyyətli, təbii məhsullardan məharətli əllərlə hazırlanan şirniyyat brendidir. İncəsənətimizin, mədəniyyətimizin, milli dəyərlərimizin yaşanmasına və inkişafına özəl töhfələr verən Tünzalə Ağayeva, uşaqlıq arzusunu həyata keçirdi. Hər gün anasının ona yola qoyduğu şəfqətlə və sevgilə dolu bir ovuc sovqatı, şirniyyat məmulatlarına çevirərək ölkəmizə təqdim etdi. Misilsiz konfetlərimiz Azərbaycan qonaqpərvərliyini və tarixi ənənələrimizi xatırladır. SEVMELİ konfetləri həm zəngin tərkibə malikdir, həm ilhamlandırır, həm də dadına baxan hər bir kəsi ləzzətilə heyran edir. SEVMELİ – türk xalqlarının adəti olan meyvə və çərəzlə dolu məcməyiyə bir töhfədir.

Yaradıcılıq

Bir il yarım müddəti ərzində ən yaxşı konditer və texnoloqlar dadların, ləzzətlərin və reseptlərin hədsiz imkanlarını kəşf edərək və eyni zamanda hər bir konfetdə ən yüksək keyfiyyət standartlarını qoruyaraq mükəmməl şirniyyatlar yaratdı. Sevgi ilə hazırlanan bütün məmulatlarda seçilmiş meyvə quruları və ən keyfiyyətli Belçika şokoladı istifadə edilir. Hər bir SEVMELİ konfeti məharətli əllərin zəhmətilə ərsəyə gətirilir və tərkibi 90% yüksəkkeyfiyyətli quru meyvələrdən və 10% əsl şokoladdan ibarət olaraq, qatqısız, dadlandırıcı, palma yağı və qlüten ehtiva etmir.

Dadların festivalı

Mükəmməllik, milli ənənələr, yüksək keyfiyyət, sağlam həyat tərzi daim SEVMELİ brendinin əsas prioritetləridir. Bu standartlar, inqrediyentləri seçməkdə, individual reseptlərdə, qutuların dizaynında və müştəri məmnuniyyətində öz əksini tapır. Hər biri eksklüziv olaraq peşəkar əllərlə müasir texnologiyalar əsasında hazırlanan konfetlər sanki bir incəsənət əsəridir və modern görünüşü və incə zövqü ilə seçilir. Fərqli çeşiddə sevgi ilə yoğurulmuş konfet məmulatları həm sizin, həm yaxınlarınız, həm də tərəfdaşlarınız üçün ən gözəl hədiyyədir. Sevməli konfetlərinin ləzzətli və zərif dadı hamını ovsunlayaraq qəlbini oxşayacaq.